Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi
FETÖ əməliyyatı: 56 əsgər saxlanılıb
Halit Ergenç ilə Rıza Kocaoğlu həbs edildi
Niyə bu binaya 631 milyon manat xərclənməli idi?
Xalq artisti şikayət etdi, keçmiş əri həbs edildi
Kənd təsərrüfatı naziri koronavirusdan sağalıb?


05.11.2022  18:13 

Azərbaycan Bütövlük Platformasında Türk Birliyi müzakirəsi – FOTO





A+  A-

Bu gün Azərbaycan Bütövlük Platformasının “Türk Birliyi: Reallıqlar və perspektivlər” mövzusunda elmi konfransı keçirilmişdir. Tədbiri Azərbaycan Bütövlük Platformasının sədri Bəhram İsmayılov açaraq mövzu haqda qısa məlumat verib. İlk məruzə ilə istiqlalçı millət vəkili, VHP və DAK sədri Sabir Rüstəmxanlı çıxış edərək Türk Birliyinin tarixi kökləri, zaman-zaman bu birliyə qarşı aparılan işlər və bu günkü durum haqda danışıb.

XəzərNews.az xəbər verir ki, S.Rüstəmxanlı Altaylardan Anadoluyadək böyük bir coğrafiyada ortaq mədəniyyətə və ortaq dilə malik bir millətin Birliyinin dünyanın barış içində yaşamasının vacibliyini bildirib: “Bu gün dünyanın geopolitik diqtəsi daha sərt, bizim imkanlarımız isə daha genişdir. Artıq dünyaya “ Bir millət, iki dövlət ” yerinə “Türk birliyi!” ideasını həyata keçirmək zamanıdır. Bu Azərbaycanın siyasi qüvvələrinin və bütün Azərbaycan xalqının istəyidir”



Daha sonra çıxış edən prof. tarixçi alim Nəsib Nəsibli Türk tarixinə geniş ekskurs edərək dünyanın siyasi xəritəsində türk dövlətlərinin yer almasının xüsusi tarixi fürsət olduğunu qeyd etdi. Nəsib bəy Türk Birliyinin baş tutmamasının tarixi-siyasi səbəblərini, bu birliyə qarşı böyük güclərin fəaliyyətini təhlil etdi: “Türk Birliyi artıq zamanın tələbidir və bu birlik 7 türk dövlətinin beynəlxalq təhlükəsizliyi üçün vacib şərtdir”.



Daha sonra DAK İdarə Heyətinin üzvü, Güneyli fəal Babək Muğanlı çıxış edərək bu gün Güney Azərbaycanda baş verən olaylardan danışmış, Türk Birliyinə gedən yolda Bütöv Azərbaycanın vacib şərt olduğunu qeyd etdi. Mövzu ilə bağlı AXP sədri Pənah Hüseyn, KXCP Ali Məclisinin sədri Gülağa Adıgözəlli, Milli Hərəkatçılar Birliyindən Ələsgər Siyablı, tarixçi alim Gülşən Məmmədoğlu və Ümüd Partiyası icra aparatının rəhbəri Taleh Əliyev çıxış etdilər.











Xəbər 1409 dəfə oxunub.




24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +