Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


29.10.2022  15:54 

QURULTAY TƏƏSSÜRATLARI silsiləsindən...





A+  A-

MÜBAHİSƏLİ görünə bilər, mən ilin-günün bu çağında kütləvi yazıçı yetişdirmək təşəbbüsünə etiraz edirəm.

Gənc, yaxud naşı yazıçıya xüsusi dəstək çabasına, nə yolla olur-olsun belələrini ədəbiyyat kandarından içəri ötürmək amacına da (bu məqsədlə güzəştcil, həvəsləndirici məqalələr yazan tənqidçilərimiz var) indi şübhəylə yanaşıram. Bunlar ya sovetdən qalma atavistik cəhdlərdir, ya da özünə məşğuliyyət tapmağın bir üsuludur.

Yoxdan var edən, qılafı yırtan yaradıcı və seçmə istedad qiymətlidir, ona yardım qoşmağa dəyər, amma belərini güzəştlərlə yöndləndirməyin (idarə etməyin) bir o qədər tərəfdarı deyiləm.

Müasir yazıçı üçün yəqin bu termin indi daha yararlı ola bilər: "Dünyaya və dünya ədəbiyyatına inteqrasiya". Amma əvvəlcə onu kəşf edən qurum, şəxs qəti əmin olmalıdır ki, qarşısındakı istedadlıdır, ona maya qoymağa, vaxt və güc sərf eləməyə dəyər. Yoxsa "sən pis yazmırsan, əlləşib-vuruşub səndən nəsə düzətməliyik" təfəkkürüylə startegiya qurmaq kökündən yanlışdır.

Yazıçılıq - xilası çətin insan "anomaliyasıdır". O, bir fərd kimi daim özünüifadəyə can atacaq, başqaları buna hörmət və mərhəmətlə yanaşmağa borludur. Kim yazırsa yazsın, onu mane olmayaq və bu düstur hamıya yetər, bu, hamı üçün kifayətdir...

Qurban Yaquboğlu

Xəbər 9251 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +