İran ballistik raketlər atdı
Həkim 73 yaşlı qadına “ölürsə, ölsün” deyib?
Bəzi rayonlara leysan yağdı
Qadınlar da avtobus sürəcək
Ukrayna Rusiyaya PUA hücumu etdi
Azərbaycanlının övladları Parisdə əllərindən alınıb
Biləsuvarda ölkənin ən böyük GES-i inşa olunur
Mənzurə özündən 7 yaş kiçik oğlana ərə gedir
“28 May“da avtobuslar toqquşub
75 min müəllimin maaşı artacaq


13.06.2025  11:58 

Bəs, Azərbaycanı hədələyirdiz!? – Politoloq





A+  A-

“İranın ABŞ-la nüvə danışıqlarında öz mövqeyindən geri çəkilməməsi ona qarşı hərbi əməliyyatlara rəvac verdi. ABŞ göstərişi ilə İsrail İrana qarşı hərbi əməliyyatlara başladı. SEPAH komandanı, nüvə alimləri nöqtə atışı ilə məhv edilib. Tehranın mərkəzinə keçirilən hava əməliyyatları göstərdi ki, İranın havadan müdafiə sistemləri iflicdi”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Milli Cəbhə Partiyası başqanın müavini, politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

Politoloq bildirib ki, İran İsrailə qarşı ballistik raketlərlə cavab verəcək:

“Amma, bunun İsraildə böyük dağıntılara gətirib çıxaracağı mümkün deyil. Belə olan təqdirdə İsrail İran qarşı hərbi əməliyyatlara başlamazdı. Prosesi ABŞ idarə edir və Tehran nüvə proqramından əl çəkməyincə, Vaşinqtonla razılaşmasa, əməliyyatların davam etməsi gözlənilir.

İran geniş miqyaslı müharibədə maraqlı görünmür. Amma, öz mövqeyindən də geri çəkilmir. İsrailin İranda keçirdiyi hərbi əməliyyatların nəticəsi Tehran üçün ciddi nəticə çıxaracaq bir durumdur. Çünki, İsrail strateji əhəmiyyətli bir əməliyyat keçirib. Bununla Tehranın nə qədər zəif müdafiə sisteminə malik olduğu və SEPAH daxilində casusların olduğu üzə çıxdı. Çünki, əməliyyat İran hərbiçiləri öz evində olduğu vaxt həyata keçirilib. İran ordusunun Baş qərargah rəisi, SEPAH komandanı və nüvə alimləri öldürülüb. İranın kəşfiyyat və ordu sisteminə İsrail sıza bilib. Ordu və təhlükəsizlik rəhbərliyi öz təhlükəsizliyini qoruya bilmirsə, ölkənin müdafiəsini necə qoruduğu göz qabağındadır”.

M.Əsədullazadə qeyd edib ki, İran Yaxin Şərqdə zəifləyir:

“Bu ölkənin zəifləməsi region ölkələrinin təhlükəsizliyi maraqlarına cavab verir. Buna baxmayaraq, İran Azərbaycanla qonşu ölkədir və orada 40 milyon soydaşımız yaşayır. İran nüvə proqramını dayandırsa, bu müharibə baş verməz. Sabah ABŞ və İran arasında nüvə danışıqlarının beşinci raundu keçirilməlidir. İran danışıqlara qatılmasa, əməliyyatlar davam edəcək.

Ümumiyyətlə, ABŞ icazəsi olmadan İsrail heç bir yerə adi bomba atmaz.

Zəngəzur dəhlizinin açılmasına biz icazə vermirik. Bu, "İranın qırmızı xəttidir", - deyənləri İsrail yatdıqları yerdə vurdu. Bəs, Azərbaycanı hədələyirdiz!? İran İsrailə ciddi və nəticəli cavab verəcək gücdə deyillər...”



Xəbər 2612 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.08.2025  11:25 

İran ballistik raketlər atdı

13.08.2025  11:14 

Bəzi rayonlara leysan yağdı

13.08.2025  11:05 

Qadınlar da avtobus sürəcək

13.08.2025  10:46 

Qusarda ana doğuşdan sonra ölüb

13.08.2025  10:25 

Bu ölkələr İranı HƏDƏLƏDİ

13.08.2025  10:00 

Ukrayna Rusiyaya PUA hücumu etdi

13.08.2025  09:26 

İsrail qoşunları Suriyaya girdi

12.08.2025  15:59 

Bakıda dəhşətli qəza baş verib

12.08.2025  13:59 

“28 May“da avtobuslar toqquşub


BÜTÜN XƏBƏRLƏR +