Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək
Bakıda hava yağmursuz keçəcək - Sabah
Əjdər Olun kassasiya şikayətinə baxılıb
Prezidentimizə eşq olsun... - Aqil Abbas
Xəstə uşaq şəkli ilə 200 min manat yığdı - VİDEO
Tramp Putinlə “sülh planı“nı müzakirə edib
Maskın sərvəti 600 milyard dolları keçdi
İran: Qazaxıstanla yeni əlaqə və Ermənistanın ümidlənməsi
Ceyhun Ələkbərov şöbə müdüri təyin olunub


09.07.2025  14:37 

QMİ-yə etiraz etdi, vəzifəsindən uzaqlaşdırıldı





A+  A-

QMİ-nin Aşura qərarına etiraz edən İlahiyyatçı Hacı Habil İsgəndərli vəzifəsindən uzaqlaşdırılıb.

XəzərNews.az xəbər verir ki, ilahiyyatçı Hacı Habil İsgəndərli bu barədə sosial media üzərindən paylaşım edib.

Onun vəzifəsindən uzaqlaşdırılmasına səbəb isə QMİ-nin Aşura günü ilə bağlı təqvim tarixinin doğru olmamasını dilə gətirməsi olub.

Hacı Habil Bakıdakı İmam Zaman (ə.f.) adını daşıdığı məsciddə xütbəsi zamanı bildirib ki, “Ruhanilər İdarəsi Aşura gününü iyulun 5-nə elan edib. Lakin bütün müctəhidlər Aşuranın iyulun 6-na təsadüf etdiyini bildiriblər. Buna görə də məscidimizdə Aşura məclisləri hər iki gün qeyd ediləcək. Zatən hər gün Aşura, hər yer Kərbəladır”.

Bu hadisədən bir neçə saat sonra isə ilahiyyatçı aşağıdakı məzmunda paylaşım edərək vəzifəsindən uzaqlaşdırıldığını bildirib:

“Aşura haqqında etdiyim bu çıxışıma görə məni Sahibəz-Zaman məscidindən imamlıq vəzifəsindən azad etdilər. Əlhəmdulillah hüccət tamam oldu.”

Xatırladaq ki, Hacı Habil İsgəndərli ibtidai dini təhsilini Özbəkistanın Buxara şəhərində, ali dini təhsilini isə Daşkənd İslam Universitetində alıb. Göyçay şəhər Yuxarı məscidində axund müavini və məscidin sədri vəzifəsinə çalışıb.



Xəbər 3887 dəfə oxunub.



15.12.2025  15:50 

Amnistiya kimlərə şamil olunacaq?


BÜTÜN XƏBƏRLƏR +