Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


22.04.2019  18:23 

Fikrət Məmmədov: “51 icra məmuru vəzifəsindən azad olunub“





A+  A-

Son illər ərzində 170-dən çox icra məmuru ciddi intizam məsuliyyətinə cəlb edilib, onlardan 51-i tutduğu vəzifədən azad olunub və ya ədliyyə orqanlarından xaric edilib, 6 nəfərin qanun pozuntuları barədə materiallar istintaqa verilib.
Ədliyyə Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, nazirliyin icra xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə dövlət başçısının qarşıda qoyduğu vəzifələrlə bağlı bütün icra və probasiya qurumlarının, regional ədliyyə idarələri rəhbərlərinin iştirakı ilə ümumrespublika müşavirəsində deyilib.

İclasda mövcud problemlərlə bağlı yerli icra qurumlarının rəhbərləri dinlənilib. Fəaliyyətində kobud qanun pozuntularına yol vermiş icra məmurları barəsində qəti tədbirlər görülüb, 16 nəfər icra və probasiya qurumlarının əməkdaşları ciddi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 3 nəfər ədliyyə orqanlarından xaric edilib və ya tutduğu vəzifədən azad olunub, bütün yerli qurumların rəhbərlərinə işlərində ciddi dönüş yaradılması tapşırılıb.

Neqativ hallara, o cümlədən qeyri-prosessual münasibətlərə yol verən işçilərlə bağlı bundan sonra da ən qəti tədbirlərin görüləcəyi vurğulanıb. Xidmətin işinin dövlət başçısının Fərmanından irəli gələn tələblərə uyğun qurulması, vətəndaş məmnunluğunun yüksəldilməsi, qanunvericiliyin tələblərinə, habelə etik davranış qaydalarına dönmədən əməl olunmasının vacibliyi qeyd olunub, tabe qurumların fəaliyyətinə tələbkarlığın və nəzarətin gücləndirilməsi, icra məmurlarının məsuliyyət hissinin və peşəkarlığının artırılması ilə bağlı və s. konkret tapşırıqlar verilib.

Xəbər 2992 dəfə oxunub.



08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +