Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu
Bu müəllimlərə 2250 manat veriləcək


11.08.2017  17:48 

Peşə təhsili üçün FƏALLIQ - 5 min nəfər ixtisas seçib





A+  A-

ASAN Peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir. Təhsil Nazirliyinin “ASAN xidmət”lə birgə həyata keçirdiyi layihə avqustun 1-dən start götürüb. Artıq 10 gündür davam edən sənəd qəbulunda 5 minə yaxın vətəndaş qeydiyyatdan keçərək ixtisas seçib.
XəzərNews.az xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlili deyib ki, prosesdə böyük fəallıq müşahidə olunur:
“Gözlənildiyi kimi, peşə-ixtisas təhsili müəssisələrinə qəbula böyük maraq var. Valideynlər “ASAN xidmət” mərkəzlərinə gələrək ixtisaslarla maraqlanır, mütəxəssislərimizin köməyindən istifadə edərək müvafiq ixtisasları seçirlər”.

Şöbə müdirinin sözlərinə görə, ən yüksək maraq aşpaz ixtisasınadır: “Aşpazlığa həm qızlar, həm də oğlanlar maraq göstərirlər. Ən çox müraciət olunan ixtisaslar arasında kompüter operatoru, veb-dizayner, kompüter ustası, bərbər, dərzi, avtomobil üzrə elektrik, geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, elektrik avadanlıqlarına xidmət və təmiri mütəxəssisi də var”.

Bəzi ixtisaslara böyük maraq olduğu halda tamamilə diqqətdən kənarda qalan ixtisaslar da var. A.Əlilinin sözlərinə görə, bu vəziyyət qəbulun növbəti mərhələsində daha çox namizədin kənarda qalmasına səbəb ola bilər: “Bəzi ixtisaslara həddən artıq böyük maraq var, bəziləri isə yeni olduğundan seçən yoxdur. Vətəndaşların məlumatsızlığı, standart ixtisas seçmələri, yalnız bir ixtisasa və ya bir peşə təhsil müəssisəsinə üstünlük verməsi növbəti mərhələdə onların özləri üçün problem yarada bilər”.

A.Əlili ötən günlər ərzində müşahidə etdikləri problemlərə də toxunub: “Maraqlıdır ki, valideynlər “ASAN xidmət” mərkəzlərində qeydiyyatdan keçdikdən sonra məktəblərə gedir və sonradan qayıdıb ərizələrini dəyişdirirlər. Ümumiyyətlə, müşahidə edirik ki, bəzi valideynlər yenə də yaradılan şəraitdən yararlanmır, gənclərin sahəyə olan maraqlarını dəyərləndirmirlər”.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin mütəxəssislərinin mütəmadi olaraq reydlər, qəbul mərkəzlərinə baxış keçirdiyini vurğulayan A.Əlili aşkar etdikləri hər hansı nöqsanın dərhal aradan qaldırıldığını və belə hallar olduğu halda vətəndaşların Agentliyə məlumat verməsinin vacibliyini də vurğulayıb.


Xəbər 3196 dəfə oxunub.



07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +