“Narkozu çox vurdular, uşağımın ürəyi partladı
Bu şəxslərə maaşdan əlavə pul veriləcək
Nüfuzlu şəxslərin məlumatlarını satışa çıxaran haker TUTULDU
Məşhur restoranda vətəndaşdan əlavə ödəniş alındı
Bakıda yanğın söndürmək üçün nəzərdə tutulan su sakinlərə 30 manata satılır
Yeniyetmə çimərlikdə günvurmadan öldü
Xırdalanda 4 yaşlı uşaq qızdırmadan öldü
Rusiyada azərbaycanlı biznesmen saxlanıldı
“Suriya üzrə danışıqların növbəti raundu Bakıda keçiriləcək“
Sənədsiz evlərə “kupça” verilməsində YENILIK


04.08.2022  12:22 

Sabah havası: 38 dərəcə isti olacaq





A+  A-

Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

XəzərNews.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 32-37° isti olacaq.

Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu, şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 9-14° isti, gündüz 20-25° isti olacaq.

Xəbər 3221 dəfə oxunub.




23.07.2025  11:24 

Kəlbəcərdə zabit vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +