Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


22.01.2020  10:05 

Fevral ayından avtobusların kart sisteminə keçidi sürətlənəcək





A+  A-

“Artıq 29 xətt üzrə 598 avtobusda sərnişinlərimiz gediş haqqının BakıKart vasitəsi ilə nağdsız formada ödəyirlər”.
XəzərNews.az-ın məlumatına görə, bunu Modern.az-ın sorğusuna cavab olaraq Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.

M.Ağayev qeyd edib ki, qarşıdakı günlərdə bu göstəricilər dəyişəcək:

“Çünki bildiyiniz kimi xətlərin inteqrasiyası davam etməkdədir. Ayın 24-də 4 nömrəli marşrut xəttinin də inteqrasiyası planlaşdırılır. Həmçinin, fevral ayından xətlərin “BakıKart”a keçidi daha sürətli aparılacaq. “BakıKart”a keçidlə əlaqədar son bir ayda şəhərin müxtəlif ərazilərində 50 yeni dayanacaq yeri müəyyən edilərək müvafiq nişanlar qoyulub. 13 yerdə isə yeni ödəmə məntəqələri təşkil olunub. Bir daha vurğulamaq istərdim ki, nağdsız ödənişə keçid sərnişindaşımada göstərilən xidmətin keyfiyyətinin artırılması üçün olduqca zəruridir”.

O qeyd edib ki, kart sisteminə keçid eyni zamanda, sərnişindaşımada qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi və şəffaflığın artırılması baxımından da vacibdir:

“Son bir neçə həftədə kart sisteminə inteqrasiya olunan xətlərlə bağlı şikayət xarakterli müraciətlərin əhəmiyyətli dərəcədə azalması bunun bariz nümunəsidir”.

Xəbər 3165 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +