Daha bir məşhur həkimin tibb təhsili yoxdur - İDDİA
Bakının mərkəzindən Hövsan kollektoruna uzanan ölüm çökəkləri
“Sərxoş olub bizə işgəncə verirdilər” – Erməni əsirliyində olan azərbaycanlı
Azərbaycanda bu banklar birləşə bilər
Cahangir Əsgərovun qızının Londondakı şirkəti bağlandı
Əlini sükandan çəkən sürücülər cərimələnəcək
Novxanı işıqsız qalacaq
İsrail Netanyahunun Qəzza planını təsdiq etdi
Ali Radanın deputatı Zelenskini tənqid edib
Sabah Bakıda temperatur bir az da enəcək


14.11.2023  02:48 

Futbolçu Vüqar Bəybalayev karyerasını başa vurub





A+  A-

Azərbaycanlı futbolçu Vüqar Bəybalayev peşəkar karyerasını başa vurub.

Xəzərnews.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Bəlkə də, bu günlərdə həyatımın ən çətin, bir o qədər də vacib qərarlarından birini verməli oldum. Ancaq öz-özümə “artıq vaxtıdır” - deyib belə bir qərar aldım. Bildirmək istəyirəm ki, bu gündən etibarən 6 yaşımdan başladığım və ömrümün 24 ilini həsr etdiyim peşəkar futbolçu karyeramı bitirirəm!”, - paylaşımda qeyd edib.

Qeyd edək ki, Vüqar Bəybalayev “Bakı”nın yetirməsidir. O, karyerası ərzində “Turan Tovuz”, “Rəvan”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Səbail”, “Televi” (Gürcüstan) və “Sumqayıt”da çıxış edib. Vüqar Bəybalayev son olaraq I Liqa təmsilçisi “İrəvan”da oynayıb. Futbolçu “İrəvan” klubunda problemlərlə üzləşmişdi. O, klubla müqavilə bağlasa da, maaşı ödənmədiyi üçün meydana çıxmaqdan imtina etmişdi.

Xəbər 2705 dəfə oxunub.




08.08.2025  14:15 

Vardan Arutyunyan saxlanılıb

08.08.2025  12:52 

Novxanı işıqsız qalacaq


BÜTÜN XƏBƏRLƏR +