“28 May”dan “Dərnəgül”ə qatar getməyəcək
Aİ liderləri Putinlə görüşməlidirlər - Təklif
Rostov PUA-ların hücumuna məruz qalıb
Xoşbəxt olmaqdan ötrü adama daha nə lazımdır ki?
Məktəblər 12 illik sistemə keçir?
Ağ Evin qarşısında Azərbaycan himni
Londonda Mahmudovlarla bağlı yeni pul qalmaqalı
“Sovetski“də tarixi əhəmiyyətli binaların taleyi necə olacaq?
Ayrılmaq istəyən sevgilisini döyən gənc HƏBS EDİLMƏDİ
Tovuzda evdən kişi meyiti tapılıb


09.08.2024  09:46 

Avtoxuliqanlıq etdi, polis tərəfindən saxlanıldı -Video





A+  A-

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə avtoxuliqanlıq edib Dövlət Yol Polisi əməkdaşlarının əmrinə tabe olmayan şəxsin görüntülərinin yayılmasına aydınlıq gətirib.

DİN-in Mətbuat xidmətindən Xəzərnews.az-a bildirilib ki, avqustun 7-də saat 17:30 radələrində paytaxt ərazisində yol-hərəkəti qaydalarını pozaraq təhlükəli manevrlər etməklə insanların həyat və sağlamlığına real təhlükə yaratdığına görə VAZ-2107 markalı avtomobilin sürücüsünə DYP əməkdaşları tərəfindən “Saxla” işarəsi verilib.

Lakin avtomobilin sürücüsü buna məhəl qoymayaraq əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən avtoxuliqanlıq hərəkətlərini davam etdirib.

Görülən tədbirlərlə sürücü — 1995-ci il təvəllüdlü Abdullayev Elşən Teyfur oğlu Nəsimi rayonu ərazisində saxlanılıb. O, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərib.

E.Abdullayev barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.



Xəbər 7894 dəfə oxunub.




08.08.2025  10:25 

Avtobus piyadanı vurub öldürdü

08.08.2025  10:04 

Astarada ev yanıb

08.08.2025  09:39 

Bakı metrosunda körpə doğuldu

07.08.2025  15:48 

Zəngəzur dəhlizi TRIPP adlanacaq?


BÜTÜN XƏBƏRLƏR +