Türkiyə qərar verdi: Gültəkin Hacıbəyli deport edilir
Ukrayna “Lukoil“un Xəzərdəki platformalarını vurdu
“Azercell” xidmətlərini 50 faiz bahalaşdırdı
Yeni başçı müavini vəzifəsindən azad etdi
Hökumət aqrar sahədə və turizmdə sinifdə qaldı - İqtisadçı
Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi... - DİN-dən təşəbbüs
Deputatın oğlunun şirkəti 196 minlik tenderi uddu
Müşfiq Şahverdiyev 3 ildir övladını görə bilmir
Amnistiya kimlərə şamil olunacaq?
Ukrayna-Amerika: Danışıqların ikinci mərhələsi başlayıb


12.12.2025  17:18 

Zelenski Putinə Kupyanskdan cavab verdi





A+  A-

Kremlin Kupyansk və Pokrovskla bağlı verdiyi bəyanatlar daha çox informasiya müharibəsinin tərkib hissəsidir, nəinki real hərbi vəziyyətin əksi...

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə siyasi şərhçi Şahin Cəfərli çıxış edib.

Onun sözlərinə görə, Rusiya lideri oktyabrın sonlarından etibarən bir neçə dəfə Kupyansk və Pokrovsk şəhərlərinin guya mühasirəyə alındığı və “azad edildiyi” barədə açıqlamalar verib, hətta bu şəhərlərə xarici jurnalistlərin səfərinin təşkil olunmasını da təklif edib.

“Putinin bu çağırışı xarici jurnalistlər tərəfindən ciddi qəbul edilmədi. Bununla belə, Ukrayna Prezidenti Volodimir Zelenski bu təklifə simvolik cavab verərək Kupyanska səfər etdi və bununla da Rusiyanın iddialarını faktiki olaraq təkzib etmiş oldu”, – deyə Şahin Cəfərli vurğulayıb.

Şərhçi qeyd edib ki, Kupyansk istiqamətində Rusiya piyadalarının şəhərə sızması halları qeydə alınsa da, onların böyük əksəriyyəti Ukrayna qüvvələri tərəfindən məhv edilib və hazırda şəhər Ukrayna ordusunun nəzarətindədir.

Pokrovskda isə vəziyyətin daha gərgin olduğunu bildirən Şahin Cəfərli əlavə edib ki, şəhərdə küçə döyüşləri davam edir:

“Şəhəri ələ keçirə bilməyən Rusiya komandanlığı ehtiyatda saxladığı 76-cı Pskov desant diviziyasını da Pokrovsk istiqamətinə göndərib. Lakin Ukraynanın Pilotsuz Sistemlər Komandanı Robert Brovdi, ləqəbi Madyar, artıq bu desant birləşməsinin utilizasiyasına başlandıqlarını açıqlayıb”.

Şahin Cəfərli hesab edir ki, bu faktlar Rusiyanın səsləndirdiyi optimist bəyanatlarla cəbhədəki real vəziyyət arasında ciddi ziddiyyətin olduğunu açıq şəkildə göstərir və Moskvanın informasiya sahəsində yaratmaq istədiyi görüntü hərbi reallıqlarla uyğun gəlmir.

Xəbər 944 dəfə oxunub.



15.12.2025  15:50 

Amnistiya kimlərə şamil olunacaq?

15.12.2025  13:43 

Bu yollar buz bağlayacaq - HAVA

15.12.2025  11:32 

FSB 10 rusiyalını saxladı


BÜTÜN XƏBƏRLƏR +