Türkiyə qərar verdi: Gültəkin Hacıbəyli deport edilir
Ukrayna “Lukoil“un Xəzərdəki platformalarını vurdu
“Azercell” xidmətlərini 50 faiz bahalaşdırdı
Yeni başçı müavini vəzifəsindən azad etdi
Hökumət aqrar sahədə və turizmdə sinifdə qaldı - İqtisadçı
Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi... - DİN-dən təşəbbüs
Deputatın oğlunun şirkəti 196 minlik tenderi uddu
Müşfiq Şahverdiyev 3 ildir övladını görə bilmir
Amnistiya kimlərə şamil olunacaq?
Ukrayna-Amerika: Danışıqların ikinci mərhələsi başlayıb


12.12.2025  13:14 

Daxili qoşunlar Prezidentə tabe olacaq - Dəyişiklik





A+  A-

Azərbaycanın Daxili qoşunlarının tabeçilik prinsipi dəyişib. Bundan sonra bu struktur Prezidentə tabe olacaq.

XəzərNews.az xəbər verir ki, bu məsələ Milli Məclisdə üçüncü oxunuşda qəbul olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni qanun layihəsində öz əksini tapıb.

Milli Məclisin bu həftə qəbul etdiyi yeni qanun layihəsində tabeçiliklə yanaşı başqa dəyişikliklər də əksini tapıb. Belə ki, Daxili qoşunlara polis kimi şübhəli şəxsləri saxlamaq, həbs etmək səlahiyyəti verilir. Həmçinin Daxili qoşunlara kütləvi iğtişaşların və ictimai qaydanın qrup halında pozulmasının qarşısını almaq səlahiyyəti verilib. 1994-cü ildə qəbul olunan qanununda Daxili qoşunların icazəsiz mitinqlərin qarşısını alması qadağan idi.

Milli Məclisin komitə sədri Arzu Nağıyev BBC-yə deyib ki, Azərbaycan İkinci Qarabağ müharibəsində qalib gəlib və qanun köhnə olduğu üçün onu yeniləyiblər. O, Milli Məclisdə qanun layihəsini təqdim edərkən deyib:

“Yeni qanun layihəsinin qəbulu ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi və daxili sabitliyin təmin edilməsi baxımından zəruridir”.

Yeni qanunda Daxili qoşunların silahdan istifadə şərtləri genişləndirilib. Onların istifadəsinə elektroşok cihazları, rezin güllələr, xüsusi texnika əlavə edilib. Onlara odlu silahdan terror, girovgötürmə, silahlı basqın və qiyam hallarında istifadəyə icazə verilib. Daxili qoşunlar son illərdə pandemiya dövründə polislə birgə xidmət aparıb.

Xəbər 892 dəfə oxunub.




15.12.2025  15:50 

Amnistiya kimlərə şamil olunacaq?

15.12.2025  13:43 

Bu yollar buz bağlayacaq - HAVA

15.12.2025  11:32 

FSB 10 rusiyalını saxladı


BÜTÜN XƏBƏRLƏR +