Hikmət Hacıyev adından saxta açıqlama yayılıb
Prezident jurnalistləri təltif etdi - Siyahı
Xarici ali məktəblərə “asan üsullarla” qəbul olunma... - Rəsmi
Aparıcı Bakı metrosuna mətbuat katibi təyin edildi
Bakı ilə münasibətlər çətin dövrə qədəm qoyur - Peskov
Ölkəyə PUA ilə narkotik keçirmək istədilər
Rusiya və İranın Xəzərdəki təlimi Bakıya qarşıdır?
Qətl törədən məktəbliyə hökm oxundu
Ukraynada nazirliklər ləğv edildi
“Abu Malik”i DTX ələ keçiribmiş


11.07.2025  20:00 

QHT.az saytının 10 yaşı tamam olur – FOTO





A+  A-

QHT.az saytının fəaliyyətə başlamasından 10 il ötür. 2015-ci ildə yaradılan sayt qeyri-hökumət təşkilatlarının fəaliyyətini işıqlandırmaq məqsədilə ixtisaslaşmış informasiya platforması kimi fəaliyyət göstərir.

“QHT.az-ın əsas məqsədi QHT-lərin fəaliyyətini cəmiyyətə daha dolğun və əlçatan şəkildə təqdim etmək, ictimai sektorda baş verən proseslərdə QHT sədrlərinin və nümayəndələrinin fikirlərinə tribuna yaratmaqdan ibarətdir. Sayt heç bir qurumun mövqeyini ifadə etmir, tam müstəqil internet portalı olaraq fəaliyyət göstərir. Əsas tərəfdaşlarımız isə elə qeyri-hökumət təşkilatlarının özləridir,” – bu fikirləri saytın baş redaktoru Cəsarət Hüseynzadə bildirib.

Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin inkişafına töhfə verməyi qarşısına məqsəd qoyan QHT.az bu gün ixtisaslaşmış media subyektləri sırasında özünəməxsus yer tutur və geniş oxucu auditoriyasına malikdir.

“QHT.az sosial yönümlü və davamlı bir layihədir. Bu davamlılığın arxasında isə bizimlə çiyin-çiyinə addımlayan QHT-lər dayanır. Onların dəstəyi olmadan bu günə gəlib çıxmaq mümkün olmazdı. Əlbəttə, QHT.az-ı daha çoxfunksiyalı və çoxşaxəli media platformasına çevirmək mümkündür, lakin bunun üçün daha geniş resurslara ehtiyac var. Biz isə məhdud imkanlarla maksimum nəticələr əldə etmişik,” – deyə Cəsarət Hüseynzadə əlavə edib.

O bildirib ki, saytın fəaliyyəti dövründə onlarla yeni yaranan QHT-nin cəmiyyətə tanıdılmasına və fəaliyyətlərinin geniş auditoriyaya çatdırılmasına dəstək verilib:

“Bu gün bir çox QHT-lərin uğurlarını görəndə, onların ilk addımlarında bizimlə birgə yol getdiyini xatırlamaq böyük qürur hissi yaradır. QHT.az sadəcə bir media vasitəsi deyil, həm də həmrəylik və inkişaf mərkəzidir.”

“Bu gün artıq QHT.az ətrafında bir ailə formalaşıb. Onlarla QHT bu platformanı sadəcə xəbər yayım vasitəsi kimi deyil, eyni zamanda öz təşəbbüslərini reallaşdırdıqları bir məkan kimi görür. Bu isə bizim üçün ən böyük uğurdur,” – deyə baş redaktor vurğulayıb.



C.Hüseynzadə qeyd edib ki, QHT.az-ın adının müxtəlif yerlərdə çəkildiyini tez-tez eşidirik. İşimizi bəyənərək dəyərləndirən hər kəsə təşəkkürümüzü bildiririk.

Qeyd edək ki, QHT.az saytı 2018-ci ildən Mətbuat Şurasının üzvüdür və 18 yanvar 2023-cü il tarixində Medianın İnkişafı Agentliyi tərəfindən media subyekti kimi media reyestrinə daxil edilib. Sayt fəaliyyəti dövründə bir sıra dövlət və qeyri-dövlət qurumları tərəfindən mükafatlandırılıb.

QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadə eyni zamanda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədridir və vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş bir sıra uğurlu layihələrin müəllifidir.


Xəbər 1505 dəfə oxunub.




21.07.2025  15:01 

Aysunun keçmiş əri gündəm oldu

21.07.2025  14:34 

Ukraynada nazirliklər ləğv edildi

21.07.2025  13:08 

Zelenski 16 yeni səfir təyin edib

20.07.2025  13:15 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +