Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


30.05.2017  21:56 

Baş Prokurorluqda özünü yandırdı - Oğurluqda ittiham olunur





A+  A-

Baş Prokurorluq özünü yandıran vətəndaşla bağlı məlumat yayıb.
XəzərNews.az-a daxil olan məlumatda bildirilir ki, Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində məskunlaşmış, Ağdam rayonundan məcburi köçkün Qasımov Mütalib Sarı oğlunun 1 may 2017-ci il tarixdə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək bir baş iribuynuzlu heyvanının otlaq sahəsindən oğurlanması barədə müraciəti əsasında Ağcabədi Rayon Polis Şöbəsinin İstintaq bölməsində başlanmış cinayət işi üzrə oğurluqda Ağdam rayonundan məcburi köçkün, hazırda Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində məskunlaşmış Hüseynov Vilayət Barat oğlundan şübhələndiyini bildirib.

İş üzrə şahid qismində dindirilməsi məqsədi ilə 10 və 27 may tarixlərində istintaqa rəsmi dəvət edilsə də, V.Hüseynov heç bir səbəb göstərmədən istintaqdan yayınıb. Bundan sonra o, mayın 30-da saat 12:55-də Baş Prokurorluğun Qəbul otağının qarşısında üzərinə tez alışan məhlul tökərək alışqanla əynindəki paltarını yandırıb, lakin binanın mühafizəsini və ictimai asayişi həyata keçirən polis əməkdaşlarının müdaxiləsi nəticəsində intihara cəhdin qarşısı alınıb.

Təxirəsalınmaz tibbi yardım göstərildikdən sonra V.Hüseynov 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilib

Araşdırmalarla müəyyən edilib ki, əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuş və Ağdam rayon məhkəməsinin 1 fevral 2013-cü il tarixli qərarı ilə barəsində məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi tədbirləri tətbiq edilməklə Ağdam rayonlararası Ruhi Əsəb Xəstəlikləri Dispanserində qeydiyyatda olan V.Hüseynov əvvəllər həmin cinayət işinin istintaqından narazı olması ilə bağlı Baş Prokurorluğa müraciət etməyib.

Göstərilən xüsusatlar Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülərək intihara cəhdin baş vermə səbəblərinin araşdırılması barədə konkret tapşırıqlar verilib.



Xəbər 1806 dəfə oxunub.



11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +