Xamneyi öldürülərsə, Rusiya “çox mənfi” reaksiya verəcək...
FHN “Bal Badem”in fəaliyyətini dayandırdı
Masallıda VIII sinif şagirdi itkin düşüb
Rəfail Abdullayevin şirkəti sakinləri fəlakətə aparır
“Mahir Ay Brat“ kimi tanınan meyxanaçı həbs edilib
İran İsrailin Beer Şeva bölgəsini darmadağı etdi
İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü


06.02.2025  14:33 

Bu şəxs Azərbaycandan 2-ci dəfə deportasiya ediləcək





A+  A-

2023-cü ildə Azərbaycana qanunsuz yolla daxil olmağa çalışan və həmin vaxt tutulan İraq vətəndaşı 1992-ci il təvəllüdlü Fevzi Əl-Xafacı yenidən eyni əməli törədib.

XəzərNews.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin vaxt Astara Rayon Məhkəməsinin hökmü ilə 6 ay azadlıqdan məhrum edilən Fevzi cəzasını çəkdikdən sonra öz ölkəsinə deportasiya edilib.

Lakin F.Əl-Xafacı yenidən qeyri-qanuni yolla Azərbaycana daxil olmağa cəhd edib. Belə ki, o, Bağdad şəhərində rezin qayıq və hava nasosu alaraq turizm şirkəti vasitəsilə İrana keçib. Daha sonra Xəzərin sahilinə gələn Fevzi çantasında gizlətdiyi rezin qayığı hava ilə doldurub və dəniz vasitəsilə Azərbaycan istiqamətində üzməyə başlayıb. Lakin sərhədçilərimiz onu müəyyən edərək saxlayıblar.

Barəsində yenidən Cinayət Məcəlləsinin 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi açılan iraqlıya bu dəfə Astara Rayon Məhkəməsi 1 il həbs cəzası verib.

O, cəzasını çəkib bitirdikdən sonra yenidən ölkə sərhədlərindən kənara göndəriləcək.

Xəbər 2936 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +