Azərbaycan gömrüyü 6 bankı özünə “yaxın buraxmır“
Bu dəfə də ərəblər insanların başına butulka atırlar
“Delta Telekom”a hücum Rusiyadan ola bilərmi? – Ekspertdən AÇIQLAMA
“Delta Telekom”a kiberhücum olub
Direktor olmaq istəyərkən 20 000 manat ziyana düşdü
Fərid Zeynalov DOST-dakı vəzifəsindən nazirliyə getdi
Zelenski Rusiyanın şərtlərindən birini rədd etdi
Avtobus sürücüsü sükan arxasında “Tiktok” izləyir
Zelenski Ukraynada seçkilərdən danışıb
Rusiya ordusu Xersonu vurdu


24.12.2024  16:44 

Söyüş, əxlaqsızlıq, narkotikin təbliği - Azərbaycanda TikTok bağlanacaq?





A+  A-

TikTok sosial şəbəkəsinin Azərbaycanda artan populyarlığı və platformada yayılan bəzi məzmunların cəmiyyətə mənfi təsirləri son dövrlərdə geniş müzakirə olunur. Bu şəbəkədə müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür. Dünən bir neçə aktiv “TikTok” istifadəçisi saxlanılıb. Saxlanılanlar arasında Abdullayev Emin və Rəşad qardaşları, tanınmış aparıcı Azər İsmayılov (Azər Zahid) və özünü şair kimi təqdim edən İlhamə Elşadqızı da var

Xəzərnews.az xəbər verir ki, Tiktokerlərin həbsi ilə bağlı Bakupost.az-a danışan texnobloger Fərid Pərdəşünas bildirib ki, həmin məzmunların arasında xuliqanlığı təbliğ edən detallar olduğuna görə, Daxili İşlər Nazirliyi (DİN) bu məsələyə qarışıb:

“Ümumiyyətlə, statistika göstərir ki, TikTok sosial şəbəkəsi Azərbaycanda kifayət qədər populyardır və sosial şəbəkələr arasında istifadəçi sayına görə, birinci yerdədir. Təəssüf ki, TikTok sosial platforması bu istifadəçilər arasında nə qədər yetkinlik yaşına çatmayan uşaqların olduğunu açıqlamır. Ehtimallar isə onu deyir ki, onlar üstünlük təşkil edir. Nəinki yetkinlik yaşına çatmayan uşaqlar, hətta azyaşlılar öz yaşlarını dəyişdirərək bu platformadan istifadə edirlər. Artıq demək olar ki, valideynlər uşaqlarıyla mübarizə apara bilmirlər. Onların ilk üz tutduğu platforma məhz TikTokdur. Bu platformada son zamanlar canlı yayımlar çox populyarlaşıb və həmin canlı yayımlarda qeyri-etik davranışların, bəzən də narkotik vasitələrin təbliği aparılır”.



F.Pərdəşünasın sözlərinə görə, məzmunların tərkibi son dövrlərdə daha da pisləşib:

“Bu da təbii ki, çox böyük rezonans doğurdu. Orada yaradılan realiti-şoular, keçirilən yarışmalar, yarışmalarda atılan atmacalar, hətta söyüşlər, qeyri-əxlaqi söhbətlər cəmiyyətdə müzakirələrə səbəb oldu. Son olaraq da DİN-in bu istiqamətdə müdaxiləsini gördük. Düşünmürəm ki, TikTok sosial şəbəkəsi Azərbaycanda bloklanacaq. Doğrudur, dünyanın bir çox ölkələrində bloklanması aktual məsələdir, lakin bu qeyri-əxlaqi məsələlərə görə yox, istifadəçilərin məlumat təhlükəsizliyi ilə bağlıdır. Bu platformanı Çin hökuməti ilə əlaqələndirirlər. Düşünürlər ki, Çin dünya üzrə istifadəçilərin datalarını yığır”.

Texnobloger bildirib ki, Azərbaycanda sadəcə, platformada olan aktiv şəxslərlə bağlı müəyyən tədbirlər görülür:

"Hansı ki, bu şəxslər cəmiyyətdə mənfi təsirlər göstərə biləcək məzmunlar yaradırlar. Mən düşünürəm ki, sosial şəbəkələri bağlamaq çıxış yolu deyil. Cəmiyyəti maarifləndirmək, formalaşdırmaq lazımdır ki, onlar normal məzmunlara daha çox önəm versinlər. Təbii ki, valideynlər uşaqlarına qarşı diqqətli olmalı, onlar nəzarətsiz qalmamalı, yetkinlik yaşına çatmamış bu tip məzmunlarla qarşılaşmamalıdırlar. Burada həm cəmiyyətin, həm valideynlərin, həm də dövlətin üzərinə böyük bir yük düşür ki, bu məzmunların Azərbaycanda yayılmasının qarşısını alsınlar”.

Xəbər 5818 dəfə oxunub.




21.08.2025  21:52 

Bu yolda sürət həddi endirildi

21.08.2025  16:13 

“Qəbələ“ FK cərimələndi

21.08.2025  15:34 

Sabah iki rayonda qaz kəsiləcək

21.08.2025  15:00 

Ölkədə internet çökdü

21.08.2025  13:51 

Rusiya ordusu Xersonu vurdu

21.08.2025  13:26 

Sabah hava necə olacaq?

21.08.2025  11:43 

Narkotik qəbul edib qəza törətdi


BÜTÜN XƏBƏRLƏR +