Azərbaycanlı rəis Rusiyada saxlanıldı - VİDEO
FHN 3 yaşlı körpəni belə xilas etdi - VİDEO
Ukraynada Azərbaycan əsilli hərbi qulluqçu şəhid olub
İntim görüntüləri yayılan şöbə müdiri istefa verdi
Aeroport şosesində qəza oldu
Bu gün imtahan idi: 6 nəfər qovuldu
Sumqayıtda güllələnmə: Bir nəfər ölüb
Sabah 40° isti olacaq
Azərbaycanlıların məskunlaşdığı hostelə polis basqın edib
Fərid Əhmədov Mirsaleh Seyidovu devirmək istəyir?


22.06.2025  18:47 

İRAN Hörmüz boğazını bağlaya bilərmi?





A+  A-

Oman körfəzi ilə Fars körfəzi arasında strateji cəhətdən xüsusi əhəmiyyətli daşıyan Hörmüz boğazını İran bağlaya bilərmi?

Qərb analitikləri bunun mümkün olduğunu yazırlar. Hörmüz boğazını bağlamaq üçün İran 55 km.lik sahəyə mina döşəməlidir. Dünyada satılan neftin 20 faizi bu boğazdan keçir. Hazırda neftin qiyməti 10 faiz qalxaraq 77 dollar olub. Hörmüz boğazı bağlansa, neftin qiymətində sıçrayış qeydə alına bilər...

Mən isə əminəm ki, İran Hörmüz boğazını bağlaya bilməyəcək. Çünki buna gücü çatmayacaq. Hörmüz boğazı bağlanacağı təqdirdə İrana olan hücumların sayı və sanbalı artacaq...

Tarixdən bəllidir ki, İran bir neçə dəfə Hörmüz boğazını bağlamağa cəhd edib. Ancaq heç vaxt buna nail ola bilməyib. Buna baxmayaraq neft daşınmasında fasilə yaranıb. Məsələn, 1980-ci illərdə İran-İraq müharibəsi zamanı hər iki tərəf Körfəzdə “Tanker Müharibəsi” adlanan müharibə aparıb. İraq İran gəmilərini hədəf alırdı. İran Səudiyyə və Küveyt neft tankerləri və hətta ABŞ donanmasının gəmiləri də daxil olmaqla ticarət gəmilərinə hücum edirdi.

Küveytin müraciətindən sonra o zamankı ABŞ Prezident Ronald Reyqan 1987-1988-ci illər arasında hərbi dəniz qüvvələrini Earnest Will əməliyyatı kimi tanınan neft tankerlərinin karvanlarını qorumaq üçün əraziyə göndərdi. O vaxt ABŞ donanması 655 saylı Air Iran reysini vurdu və təyyarənin göyərtəsində olan 290 sərnişinin hamısı həlak oldu.

Boğazda gərginlik 2007-ci ilin sonunda İran və ABŞ donanmaları arasında bir sıra atışmalarda yenidən alovlandı. Ancaq qarşıdurma tez başa çatdı.

2023-cü ilin aprelində İran qoşunları Oman körfəzində Chevron tərəfindən icarəyə götürülmüş Advantage Sweet xam neft tankerini ələ keçirdilər. Gəmi bir ildən çox İranın əlində qaldı, sonra sahibinə qaytarıldı.

İranın Körfəz vasitəsilə dəniz nəqliyyatını kəsməsi, şübhəsiz ki, görünməmiş bir hadisə deyil, lakin hər hansı bir cəhd, ehtimal ki, ABŞ donanmasının sürətli, güclü cavabı ilə qarşılanacaq...

Elbəyi Həsənli

Xəbər 798 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.07.2025  14:53 

Aeroport şosesində qəza oldu

13.07.2025  12:34 

Ölümlə danışarsan...!

13.07.2025  11:54 

Sabah 40° isti olacaq

12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb


BÜTÜN XƏBƏRLƏR +