Hikmət Hacıyev: MDB iclasına qatılmamağımız Rusiya ilə bağlı deyil
Tanınmış müğənni xəstəxanaya yerləşdirilib-FOTO
Hikmət Hacıyev Əbu-Dabi görüşündən DANIŞDI
Prezident: Ədalət var, sadəcə, ona nail olmaq lazımdır
Qərbdə mətbuat Azərbaycana qarşı saxta rəy formalaşdırır - Prezident
Sözümüzün imzamız qədər dəyəri var - Əliyev
Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil... - Prezident
Gəncədə qız döyülərək öldürüldü
Əliyev: Bizim nəhəng enerji sərvətlərimiz var
Açıq müzakirələrə böyük ehtiyac var - Prezident


24.01.2025  12:23 

Xəstə uşağın ölümünə səbəb olan həkimə hansı cəza verildi?





A+  A-

Kürdəmirdə qızılcaya yoluxmuş uşağın ölümünə görə barəsində cinayət işi açılmış həkimə hökm oxunub.

Azyaşlıya düzgün diaqnoz qoymayaraq ölümünə səbəb olmaqda təqsirləndirilən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının həkim-infeksionisti Elton Musayev Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq-ölümlə nəticələndikdə) maddəsi ilə ittiham edilib.

Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə 48 yaşlı həkimə 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib. Ona elektron nəzarət cihazı tətbiq edilib. E.Musayev bu cəzadan sonra 2 il 6 ay müddətə həkim peşə fəaliyyəti ilə məşğul olmaq hüququndan da məhrum edilib.

Qeyd edək ki, 4 yaşlı Rüfət Qəribli qızılca diaqnozu ilə iki dəfə xəstəxanaya aparılsa da, həkim onda ağırlaşma olmadığını bildirərək ambulator müalicəyə yazıbmış. Daha sonra evdə halı pisləşən uşaq ailəsi tərəfindən xəstəxanaya aparılsa da, yolda vəfat edib./“Qafqazinfo”

Xəbər 3637 dəfə oxunub.




20.07.2025  13:15 

Sabahın havası açıqlandı

19.07.2025  16:35 

Bakıda qızlar arasında dava olub


BÜTÜN XƏBƏRLƏR +