Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


15.05.2025  11:11 

“Səba” külli miqdarda borca düşdü





A+  A-

“Səba” ASC-nin nizamnamə kapitalı azaldılıb və qanuni təmsilçisi dəyişib.

Şirkət nizamnamə kapitalını 4,8 milyon manatdan 3,6 milyon manata endirib.

Beləliklə, son aylar ərzində “Səba”nın nizamnamə kapitalından 1,2 milyon manata yaxın vəsait geri götürülüb.

Eyni zamanda, ASC-nin qanuni təmsilçisi Mehdiyev Elçin Akif oğlu vəzifəsindən azad edilib və onun yerinə Baloğlanov Vüqar Samir oğlu təyin olunub.

Məlumat üçün bildirək ki, “Səba”nın dövlət qarşısında külli miqdarda vergi borcu da yaranıb və hazırda bu borcun miqdarı 432 268,60 manat təşkil edir.

Bu günlərdə “Səba” iyunun 30-u üçün səhmdarlarının növbəti ümumi yığıncağını çağırıb. Ümumi yığıncağın gündəliyinə bir sıra məsələ daxil edilib. Bunlar “Səba”nın ötən il üçün illik maliyyə hesabatlarının müzakirəsi və təsdiqi, “Səba”nın təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyətlərin nizamnamə kapitalındakı payların və həmin törəmə cəmiyyətlərin təsisçiliyi ilə yaradılmış hüquqi şəxslərin nizamnamə kapitalındakı payların satılması, həmin hüquqi şəxslər olan cəmiyyətlərin əmlaklarının əsas vəsaitlərinin və digər aktivlərinin satılması məsələləridir.

​​​​Xatırladaq ki, “Səba” 1997-ci ildə dövlət qeydiyyatına alınıb./iqtisadiyyat.az

Xəbər 2348 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +