Müştəriyə yersiz təklif edən taksi sürücüsü saxlanıldı
İcra başçısı qadın müavinini işdən çıxartdı
Qazilər dərmansız qalıb – TƏBİB sənədləşmə adı altında...
DİN vətəndaşlara xəbərdarlıq etdi
Allahı tanımaq daxil olmaqla İran üçün IV şərt
İtkin düşən 15 yaşlı qız 5 gün sonra tapılıb
Hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə... - Prezident
Rəhbərin ölkədən çıxışına “stop” qoyuldu
Tramp yalan danışır?
Savaş bitdimi? - Atəşkəs təsdiqləndi


19.09.2021  11:46 

Azərbaycanda ən çox nədən ölürlər? - Kişilər və qadınların ölüm SƏBƏBLƏRİ - RƏSMİ





A+  A-

Azərbaycanda 2020-ci il üzrə ölənlərin ümumi sayı 75647 nəfər olub.
XəzərNews.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumatda bildirilib.

Rəsmi statistikadan məlum olur ki, ötən il ölkədə əhalinin hər 100 000 nəfərinə hesabı ilə kişilər arasında bütün əsas səbəblərdən ölənlərin sayı qadınlardan xeyli yüksək olub. Xüsusən də travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələri, eləcə də yeni törəmələr, bəzi infeksion və parazitar xəstəliklərdə kişilər qadınlardan çox ölüb. Yeri gəlmişkən, kişilərin ölüm səbəbləri sırasına Qarabağda aparılmış hərbi əməliyyatlar da daxildir.

Bir ildə ümumi ölənlərin 33566 nəfərini qadınlar, 42081 nəfərini kişilər təşkil edib.

Dövlət Statistika Komitəsindən saytımıza verilən məlumatda ölüm səbəbləri üzrə rəqəmlər də açıqlanıb.

Məlum olur ki, 2020-ci ildə Azərbaycanda ən çox ölüm səbəbi qan dövranı sisteminin xəstəliklərindən baş verib. Birinci yerdə gələn bu səbəbdən ötən il 20277 qadın və 20951 kişi vəfat edib.

Ölkə üzrə ölümün digər səbəbləri aşağıdakılar olub:

Bəzi infeksion və parazitar xəstəliklərdən 2382 qadın və 3493 kişi;

Yenitörəmələrdən (xərçəng şişləri) 4296 qadın və 5583 kişi;

Tənəffüs sistemi xəstəliklərindən 1421 qadın və 1728 kişi;

Həzm sisteminin xəstəliklərindən 969 qadın və 1551 kişi;

Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 938 qadın və 5122 kişi;

Digər xəstəliklərdən 3283 qadın və 3653 kişi.

Rəsmi məlumata görə, ölüm səviyyəsi göstəricisi ümumilikdə və bütün yaş qruplarında qadınlara nisbətən kişilər arasında üstünlük təşkil edir (85 və yuxarı yaş istisna olmaqla). 25 yaşdan başlayaraq bu fərq nəzərəçarpacaq dərəcədə artır.

Xəbər 7616 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis

24.06.2025  12:19 

Məktəbli formaları dəyişəcək?

24.06.2025  11:42 

İsrail hava məkanını açdı

24.06.2025  10:37 

Tramp yalan danışır?


BÜTÜN XƏBƏRLƏR +