Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


06.02.2024  13:26 

“Avtomobillər üçün aksiz vergiləri, gömrük faizləri və vergi dərəcələri çox yüksəkdir”





A+  A-

“Azərbaycana idxal olunan avtomobillərin müəyyən hissəsi müasir tələblərə cavab vermir. Çünki vətəndaşların yeni avtomobil almağa maddi imkanları yoxdur, əsasən, köhnə avtomobillərə üstünlük verirlər. Bu gün ölkədə avtomobillər üçün nəzərdə tutulan aksiz vergiləri, gömrük faizləri və vergi dərəcələri çox yüksəkdir. Əgər bu faizləri aşağı endirsələr, ölkəyə daha yeni və müasir avtomobillər gətirilər”.

Xəzərnews.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, bu gün Almaniyada 6-7 min dollara alınan avtomobili Azərbaycana gətiriləndə ona bir o qədər də gömrük rüsumu qoyurlar:

“Hesab edirəm ki, xaricdən gətirilən avtomobillərin gömrük rüsumlarının hesablanması mexanizminə yenidən baxılmalıdır”.

N.Cəfərli qeyd edib ki, gömrük rüsumu və vergi dərəcələrinin əsas qayəsi daxili bazarın və istehlakçıların hüquqlarının qorunması yönündə addımların atılmasıdı. Amma indi daxildə istehsal yoxdur, xaricdən gətirilənlərə də maksimal dərəcədə qiymət, rüsum və vergi tədbiq olunur:

“Bu problem aradan qaldırılsa, ölkəyə buraxılış ili təzə avtomobillərin gətirilməsi sürətlənəcək və nəticədə avtoparklar yenilənəcək”.

Xəbər 2365 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +