Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


12.01.2024  17:07 

“Röya və Aygündən Xalq artisi adını geri almaq lazımdır”





A+  A-

Xalq artisti Röya Ayxan bir neçə gün öncə sosial şəbəkə hesabında “Gic kimi” adlı mahnısına çəkdirdiyi qısametrajlı klipi izləyiciləri ilə bölüşüb. Yenidən gündəmə gələn mahnının sözlərini sosial şəbəkə izləyiciləri birmənalı qarşılanmayıb. Bəziləri mahnının sözlərinin bayağı olduğunu iddia edərək bunun Xalq artisti fəxri adını daşıyan sənətçiyə yaraşmadığını qeyd edib.

Xəzərnews.az xəbər verir ki, Yenisabah.az-a danışan Əli Mirəliyev “Ürəyi boş, ürəyi sevmir heç kimi. Gözlədim mən onun yolunu gic kimi” misralarının oxumasını Xalq artistinə yaraşdırmayıb.

O, Röyanın bu ada layiq olmadığını da iddia edib:

“Röya Xalq artisti deyil! Ona yalandan bu fəxri adı veriblər. Yalançı Xalq artisti. Elə buna görə ağlına nə gəldi oxuyur. Xalq artisti adını alan insan gərək özünə hörmət etsin. Röya indi nə oxuyur bilmirəm, amma söhbət indidən yox, elə əvvəldən gedir.

Röyanın əvvəlki hərəkətlərinə nəzər yetirmək kifayətdir ki, biləsən elə bu cür oxumalıdır. Başqa nə oxumalı idi? O, Akif İslamzadə, Şövkət Ələkbərova, Gülağa Ağayev kimi, lap elə mənim kimi oxumalı idi?! Onun ədəbi olub ki, ədəbli də oxusun?”

Ə. Mirəliyev Xalq artisti Aygün Kazımovanın və Röyanın fəxri adlarının onlardan geri alınmasını tələb edib:

“Röya Aygünün də üstündən gedir. O, “geydirmə” oxuyur. Xalq artisti ara sözlərinə, meyxana sözlərinə mahnı qoşub oxumaz! Ayıbdır! Ona ayıb olsun. O, Xalq artisti kimi mötəbər bir ada layiq deyil və bu adı həm ondan, həm də Aygün Kazımovadan geri almaq lazımdır.

Xəbər 3312 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +