Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


23.12.2023  17:18 

Tütün məmulatları və pirotexniki vasitələr aşkar edilib





A+  A-

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin və Şirvan gömrük postunun əməkdaşlarının əlaqəli fəaliyyəti nəticəsində tütün məmulatları və pirotexniki vasitələrin realizə edilməsinin qarşısı alınıb.

Xəzərnews.az xəbər verir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Kürdəmir şəhərində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininin idarə etdiyi nəqliyyat vasitəsinin yük yerindən satış məqsədilə saxladığı və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, ümumilikdə 35 750 qutu tütün məmulatları aşkar olunub.

Bundan başqa Kürdəmir rayonu ərazisində yerləşən və həmin şəxsin istifadəsində olan ticarət obyektindən isə 28 adda 2665 ədəd pirotexniki vasitə aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 2848 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +