Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?


23.11.2023  00:25 

ABŞ-Kanada sərhədində partlayış baş verib





A+  A-

ABŞ-Kanada sərhədində güclü partlayış baş verib.

Xəzərnews.az xəbər verir ki, ABŞ-Kanada sərhədində Niaqara çayı üzərindəki Göy qurşağı körpüsündən keçən avtomobildə partlayış baş verib. Partlayışdan sonra ərazidə kiçik yanğın baş verib. Partlayışda avtomobildə olan 2 nəfər ölüb, 1 sərhəd zabiti yaralanıb.

Hadisə yerinə gələn qruplar partlayışın səbəbini müəyyən etmək üçün işə başlayıb. Hadisə ilə əlaqədar ABŞ və Kanada arasında keçidlər də dayandırılıb.

Nyu-York qubernatoru Keti Hoçul bölgəyə yollanıb. Qubernator körpüdə avtomobilin partladılmasının bomba yüklü avtomobillə törədildiyini və buna terror hücumu kimi baxıldığını bildirib.

Qeyd edək ki, partlayışla bağlı ABŞ prezidenti Co Bayden məlumatlandırılıb.

Partlayışın baş verdiyi körpü Kanadanın Ontario və ABŞ-ın Nyu-York şəhərlərini birləşdirir. Körpü həm də dünyaca məşhur Niaqara şəlaləsinin yerləşdiyi ərazidə yerləşir.


Xəbər 2436 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +