Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?


03.04.2023  11:29 

Şikayətlənən yeniyetmə özünü xəstəxananın damından atmaq istəyib?





A+  A-

Xətai rayonunda yerləşən 3 saylı uşaq evinin sakini olan 17 yaşlı Hacıyev Məhəmməd Eldəniz oğlunun səsləndirdiyi iddialarına Respublika Psixiatriya Xəstəxanasından reaksiya gəlib.

XəzərNews.az xəbər verir ki, bu barədə Bizim.Media-ya açıqlama verən Respublika Psixiatriya Xəstəxanasından bildirilib ki, son günlər yeniyetmənin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının damından özünü ataraq, intihar edəcəyi barədə bəzi sosial şəbəkələrdə video yayılıb:

“Yayılan videoda məlumatların həqiqəti əks edib-etməməsini yoxlayarkən müəyyən olub ki, görüntülər təxminən 20 gün öncə paytaxtın Xətai rayonu ərazisində yerləşən binalardan birinin damında çəkilib. Həmçinin, bildiririk ki, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında belə hündür bina mövcud deyil və dam örtükləri şiferdəndir.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məsələsini nəzarətə götürüb.

Komitənin məlumatına görə 3 saylı uşaq evinin yeniyetmə sakini öz qardaşının razılığı ilə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib və hazırda müalicə alır.

Klinikaya yatırılması haqqında qərar hər iki qohumlarının onun psixi vəziyyəti ilə bağlı fikirləri, tibb kitabcasındakı müalicə tarixcəsi, həmçinin müvafiq sahənin mütəxəssisi tərəfindən (kənardan dəvət olunmuş) yeniyetmənin özünün yoxlanılmasından sonra, qısa müddətli müalicə alması üçün verilib.

Müalicədən sonra yeniyetmənin qardaşı onu öz himayəsinə götürməsi ilə bağlı müraciət edəcəyini bildirib.

Xəbər 2620 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +