Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


20.12.2022  10:42 

Laçın yolunda baş verənlər BMT TŞ-da müzakirə olunacaq?





A+  A-

BMT Təhlükəsizlik Şurası Ermənistanın xahişi ilə Azərbaycanla sərhəd bölgəsindəki vəziyyətlə bağlı iclas keçirəcək.

XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, iclasda Laçın dəhlizi ətrafında baş verən hadisələr müzakirə olunacaq.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ötən həftə Nyu-Yorka səfər edib və BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb.

Mirzoyan görüşdə Laçın dəhlizi ətrafında vəziyyəti qaldırıb.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Xankəndi-Laçın yolunda keçirilən aksiyanın 9-cu günüdür.

XəzərNews.az

Xəbər 2569 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +