Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


13.10.2022  19:26 

İlham Əliyev Tokayevlə görüşdü





A+  A-

Zirvə Toplantısının yaxşı nəticələri Qazaxıstanın beynəlxalq arenada oynadığı rolun və yüksək nüfuzunun daha bir nümayişidir.

XəzərNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşündə bildirib.

Heydər Əliyevin xatirəsinə dərin ehtirama və qəbul edilmiş qərarlara görə qazaxıstanlı həmkarına təşəkkür edən dövlətimizin başçısı, həmçinin Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfərini xatırladaraq deyib: “Zənnimcə, Sizin səfərinizdən sonra artıq yaxşı nailiyyətlər, nəticələr var, - biz indi bu barədə danışacağıq, - həm nəqliyyat sahəsində, həm də digər sahələrdə”.

Orta Dəhlizin inkişafı ilə bağlı məsələləri zamanın hökmü kimi dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb ki, həm Qazaxıstan, həm Azərbaycan buna hazır idi, çünki bizim ölkələrdə çox müasir nəqliyyat infrastrukturu yaradılıb, bu, çox böyük həcmdə yükləri artıq bu gün daşımağa imkan verir.

Xəbər 2629 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +