Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


30.06.2022  10:19 

İlqar Məmmədov İlham Əliyevə müraciət etdi: Seçki keçirilsin...





A+  A-

Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov Prezident İlham Əliyevəı müraciət edib.

XəzərNews.az xəbər verir ki, o öz müraciətində ötən parlament seçkilərində nəticələri ləğv olunmuş seçki dairələri üzrə təkrar seçkilərin keçirilməsini istəyib. Partiya sədri bildirib ki, bu məqsədlə həmin dairlərinin ikisində 1651 seçicinin imzasını toplayıb.

O, 7 dairədə yaşayan 384 min 545 seçicinin uzun müddətdir Milli Məclisdə təmsilçisiz qaldığını qeyd edib: "Onlardan 186 min 312 nəfər Konstitusiyada nəzərdə tutulan 5 illik dövrün hətta yarısı qədər parlament təmsilçiliyindən məhrumdurlar".

Xatırladaq ki, 2020-ci il fevralında Milli Məclisə keçirilən növbədənkənar seçkilərin 33 saylı Xətai, 35 saylı Xətai, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan dairələri üzrə nəticələrini Mərkəzi Seçki Komissiyası ləğv edib.

116 saylı Qəbələ dairəsindən seçilmiş deputat Fəttha Heydərov vəfat edib, 55 saylı Xaçmaz dairəsindən seçilmiş Eldəniz Səlimov həbs edilib. 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat Şahin Seyidzadə isə İçərişəhər Dövlət Qorğu İdarəsinə rəhbər təyin edilib.

Xəbər 3280 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +