Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?


01.11.2021  14:23 

Rüsumların artırılması insanlara mənfi təsir etməyəcək - Deputat belə deyir





A+  A-

"Azərbaycanda dövlət rüsumlarının dəyişdirilməsi insanların həyatına heç bir mənfi təsir göstərməyəcək".

XezerNews.az modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı komitənin sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, Azərbaycanda hər bir vətəndaşın ödədiyi dövlət rüsumunun orta illik məbləği 35 manat təşkil edir ki, bu da vətəndaşın gəlirlərinin təqribən 0.5 faizini təşkil edir. T.Mirkişili bildirib ki, bəzi ölkələrdə bu məbləğ 8 faizdən yuxarıdır.

Komitə sədri vurğulayıb ki, Azərbaycanda rüsumlar 15 il bundan əvvəl müəyyən edilib. 15 il ərzində inflyasiya baş verib və bu rüsumların məbləği maya dəyərindən aşağı düşüb. Bu baxımdan indiki halda rüsumların məbləğinin dəyişdirilməsi insanların həyatına mənfi təsir etməyəcək.

Qeyd edək ki, "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərə əsasən bəzi dövlət rüsumlarının məbləği dəyişdirilir və yeni dövlət rüsumları müəyyən edilir.

Xəbər 3019 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +