Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


16.06.2021  14:09 

Lisey və gimnaziyalara imtahanlar başladı





A+  A-

Bu gündən Təhsil Nazirliyinin birbaşa tabeliyində olan, eləcə də Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara qəbul imtahanlarına start verilib.
XəzərNews.az xəbər verir ki, imtahanlar 17, 18 və 21 iyun tarixlərində davam edəcək.

Qəbul imtahanlarında 11 minə yaxın şagirdin iştirakı gözlənilir.

V-IX sinif şagirdləri arasında keçirilən imtahanlar Bakı şəhəri ilə yanaşı, Gəncə, Şirvan və Şəki şəhərləri, Quba və Şəmkir rayonlarında da təşkil olunur.

İmtahan zamanı şagirdlər Azərbaycan dili və riyaziyyat fənləri ilə yanaşı, məntiqi təfəkkürün yoxlanılması üçün qapalı test tapşırıqlarını cavablandıracaqlar. Yuxarı sinif şagirdlərinə isə əlavə olaraq fizika və kimya fənləri üzrə tapşırıqlar təqdim olunacaq.

Qeyd edək ki, imtahanlar TƏBİB-in “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla imtahan iştirakçıları üçün hazırlanmış təlimata uyğun təşkil edilir.



Xəbər 3553 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +