Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


25.03.2021  12:46 

Ermənistanda reanimasiyalarda yer qalmayıb - Yoluxma sayında artım





A+  A-

Ermənistanda son sutka ərzində 1257 nəfər koronavirusa yoluxub.
XəzərNews.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bununla da ölkədə Covid-19-a yoluxanların sayı 187 441-ə çatıb.

Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Ripsime Xaçatryanın sözlərinə görə, yoluxma hallarının gündəlik artması ilə əlaqədar olaraq, Ermənistan tibb mərkəzlərinin reanimasiya şöbələrində demək olar ki, yer qalmayıb.

Hazırda xəstəxanalarda 63 nəfər süni ağciyər ventilyasiya cihazlarına qoşulub. 187 nəfərin vəziyyəti olduqca ağır, daha 750 nəfərin vəziyyəti isə orta ağırdır.

Son sutka ərzində koronavirusdan 14 nəfərin ölməsi ilə virusdan həyatını itirənlərin sayı 3416-ya çatıb. Sağalan pasiyentlərin sayı isə 169 727 nəfərdir.

Xəbər 2952 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +