Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


14.03.2021  23:46 

Bloqqer Məhəmməd Mirzəli Fransada bıçaqlandı





A+  A-

Bu gün Fransada yaşayan video-bloqqer, “Made in Azerbaijan” kanalının sahibi Məhəmməd Mirzəliyə hücum olub – bloqqer bir neçə nəfər tərəfindən bıçaqlanıb.
Bu barədə xəstəxanadan danışan bloqqer özü bir sıra internet televiziyalarına məlumat verib.

Məhəmməd Mirzəli bunları deyib: “Maşından düşdülər…əlimi kəsdilər, ayağımı kəsdilər, boynumun arxasından vurdular. Mənə demişdilər ki, dayanmasan, bunu edəcəyik”.

Bıçaqlanmadan xeyli qan itirən bloqqer bundan sonra da susmayacağını deyib.

Fransada yaşayan Məhəmməd Mirzəli Azərbaycan hökumətini tənqid edən bloqqerlərdəndir. Ona qarşı bundan əvvəl də fiziki hücumlar olub. Bir neçə gün əvvəl bloqqerin Azərbaycanda yaşayan bacısının gizli yolla çəkilən intim görüntüləri internetə sızdırılıb. Götüntülərin Azərbaycanın xidmət orqanları ilə əlaqəsi olduğu təxmin edilir. Hazırda Fransada bloqqerə qarşı qaldırılan 2 məhkəmə işi vardır – onlardan biri Azərbaycanın Fransadakı səfirliyi, digəri isə SOCAR şirkətinin prezidenti Rövnəq Abdullayevin həyat yoldaşı tərəfindəndir.

Xəbər 3545 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +