Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər


13.03.2021  12:32 

Rusiyada qanunsuz silah alverinə qarşı əməliyyat, 72 nəfər saxlanıldı





A+  A-

Rusiyanın 28 şəhərində qanunsuz silah alveri ilə məşğul olanlara qarşı əməliyyatlar həyata keçirilib.
XəzərNews.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Xidməti (FSB), Daxili İşlər Nazirliyi, İstintaq Komitəsi və Rusiya Qvardiyasının birgə əməliyyatı çərçivəsində 72 nəfər saxlanılıb, 251 odlu silah ələ keçirilib.

FSB-nin məlumatına görə, 37 qanunsuz silah emalatxanası aşkarlanıb.

Əməliyyatın keçirildiyi yeraltı silah emalatxanalarında 251 odlu silah, 80 kq partlayıcı maddə, 21 top sursatı, 9 əl bombası, 25 mindən çox müxtəlif çaplı güllə, 46 səssiz atəş cihazı ələ keçirilib.

Bundan əlavə, reydlər zamanı bir aviasiya pulemyotu ShKAS, üç pulemyot, 26 hücum avtomatı (AK-103, AKM, AK-74, AKS-74U), 24 sadə avtomat, 130 silah və 67 tüfəng aşkarlanıb.

Xəbər 3572 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +