Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər


12.03.2021  09:49 

Slovakiya səhiyyə naziri rus peyvəndinə görə istefa verdi





A+  A-

Slovakiya səhiyyə naziri Marek Krayçi, ölkənin Avropa Birliyində qeydiyyata alınmayan “Sputnik V” peyvəndini tədarük etməsindən sonra hökumət koalisiyasında yaranmış fikir ayrılıqlarını aradan qaldırmaq üçün istefaya gedib.
XəzərNews.az xəbər verir ki, Krayçi bu barədə Bratislavada keçirdiyi mətbuat konfransında açıqlama verib.

Baş nazir İqor Matoviç isə ona fəaliyyətinə görə təşəkkürünü bildirib.

“Sputnik V”nin alınmasına təşəbbüs göstərən Matoviçin isə vəzifəsində qalacağı bildirilir, buna baxmayaraq koalisiyadakı dörd partiyadan ikisi onun istefasını tələb edir.

Eyni zamanda Krayçi gözlənildiyi kimi, Slovakiya Milli Şurasının səhiyyə komitəsinin sədrliyinə keçəcək.

Qeyd edək ki, Slovakiya Rusiya istehsalı “Sputnik V”nin ilk partiyasını 1 martda tədarük edib. Ölkədə peyvəndlənmə kampaniyasına martın 2-ci yarısında başlanılacaq.

Xəbər 3361 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +