Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


06.12.2020  10:22 

Şəhid və yaralanmış hərbçilərin ailə üzvləri özünüməşğulluq və ictimai işlərə cəlb edildi





A+  A-

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrinin və müharibə iştirakçılarının, erməni terrorundan zərər çəkən mülki şəxslərin və onların ailə üzvlərinin sosial dəstəklə təmin edilməsi tədbirlərini həyata keçirir. Bu tədbirlər çərçivəsində onların aktiv məşğulluqla əhatə olunmasına artıq başlanılıb.
ƏƏSMN-dən XəzərNews.az-a bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən son günlərdə həmin kateqoriyalardan olan 500-dən çox şəxsin məşğulluğuna və özünüməşğulluğuna dəstək işləri aparılıb.

Onlardan 305-i (o cümlədən 215 şəhid ailəsi üzvünün, 70 müharibə iştirakçısı və yaralanmış şəxsin və b.) özünüməşğulluq proqramına cəlb edilib, bir hissəsi aktivlərlə artıq təmin olunub, qalanları da təmin olunmaqdadır.

Həmçinin 200-dən çoxunun (o cümlədən 82 şəhid ailəsi üzvünün, 110 müharibə iştirakçısı və yaralanmış şəxsin, yaxud onların ailə üzvlərinin və b.) haqqı ödənilən ictimai işlərə cəlb edilməsi işləri görülür, 100-dən çoxu artıq cəlb edilib, digərləri də yaxın günlərdə cəlb ediləcək.

Bu istiqamətlərdə işlər hazırda da davam etdirilir.

Xəbər 3049 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +