Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


12.03.2020  08:51 

Sahibə Qafarovadan spiker kimi ilk - Açıqlama





A+  A-

“Bu şərəfli və məsuliyyətli vəzifəyə layiq gördüklərinə, yüksək etimada görə bir daha Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə və partiya həmfikirlərimə, dəstək verən həmkarlarıma sonsuz minnətdarlığımı bildirirəm”.
XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin yeni Sədri Sahibə Qafarova şəxsi feysbuk hesabında yazıb.

“Əmin etmək istəyirəm ki, parlamentin Sədri kimi öhdəmə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bütün bilik və bacarığımı sərf edəcəyəm. Şübhə yoxdur ki, Azərbaycan Respublikasının Milli Məclisi Prezident İlham Əliyevin parlamentin iclasında dərin məzmunlu çıxışında irəli sürdüyü dəyərli tövsiyələrini öz fəaliyyətinin əsas cəhətlərini müəyyənləşdirən yol xəritəsi kimi qəbul edərək bundan sonra da dövlətimizin başçısının rəhbərliyi altında reallaşdırılan sosial-iqtisadi inkişaf strategiyasını dəstəkləməkdə davam edəcək, ölkəmizdə geniş vüsət alan quruculuq işlərinin hüquqi bazasını daha da təkmilləşdirmək və möhkəmləndirmək istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, respublikamızın dayanıqlı inkişafının təmin edilməsinə yönələn strateji xəttin uğurla həyata keçirilməsinə öz töhfəsini verəcək.

Eyni zamanda, parlamentimiz dövlətimizin xarici siyasətinin həyata keçirilməsinə dəstək verəcək, beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına diqqəti daha da artıracaq, beynəlxalq təmsilçilik məsələlərinə daha çox diqqət yetirəcək. Mən bir daha hər bir həmkarımı təbrik edir, uğurlar arzulayıram”, deyə S.Qafarova vurğulayıb.



Xəbər 4057 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +