Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


30.01.2020  10:43 

Oğul anasını Xırdalandakı yataqxanada öldürmək istədi





A+  A-

Abşeron rayonunda oğlun anasına çoxsaylı bıçaq zərbələri yetirib onu öldürməyə cəhd etməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov XəzərNews.az-a açıqlamasında bildirib ki, yanvarın 29-da saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yataqxanaların birində yaşayan 1965-ci il təvəllüdlü Səlmirə Nəqiyevanın bıçaqlanması barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İlkin istintaqla hadisənin Səlmirə Nəqiyevanın oğlu – 1996-cı il təvəllüdlü Nazim Nağıyev tərəfindən yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqla S.Nəqiyevaya çoxsaylı xəsarətlər yetirməklə törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Nazim Nağıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli etiraf edib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

S.Nəqiyevanın vəziyyəti ağır qiymətlədirilməklə stasionar şəraitdə müalicəsi davam etdirilir.

Xəbər 3163 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +