Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?


29.01.2020  17:41 

“Tapşırdım ki, Çindəki azərbaycanlıları da Türkiyəyə gətirin”





A+  A-

“Çinin Uhan şəhərində 25-ə yaxın türkiyəli, 10-a yaxın isə azəri yaşayır. Onların Türkiyəyə qayıtmaq kimi arzuları var”.
XəzərNews.az-ın “hurriyet”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Seneqal səfərindən qayıdarkən təyyarədə KİV nümayəndələrinin sualını cavablandırarkən deyib.

Ərdoğan əlavə edib ki, bu haqda ona məlumatı Türkiyənin Səhiyyə naziri verib. Qeyd edib ki, nazir məsələ ilə bağlı təmkinli davranır: “Bizdə hələ ki, hər hansı bir problemdən söhbət gedə bilməz”.

Daha sonra Türkiyə Prezidenti Çindəki azərbaycanlılardan da bəhs edib:

“Nazirliyə tapşırdım ki, tədbirlərinizi görün, azəri qardaşlarımızı da siyahıya daxil edin. Karantinə alaraq bu qardaşlarımızı Türkiyəyə gətirək. Hazırda Türkiyə ərazisində hər hansı bir problemdən söz gedə bilməz. Amma dostlarımız da hər cür tədbiri görərək addımlarını atırlar”.

Xəbər 3031 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +