Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


30.10.2019  15:54 

“Bandotdel“ Yevlaxda əməliyyat keçirdi





A+  A-

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alğı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında Yevlax rayon sakini Cəlal Abduyev yaşadığı Havarlı kəndinin yaxınlığında polislər tərəfindən tutulub.

Onun evinə baxış keçirilən zaman 2 kiloqram 15 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Cəlal Abduyev barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb və barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Xəbər 3117 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +