Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


20.07.2019  13:27 

Bakıda 6 “avtoş” həbs olundu





A+  A-

Dünən Bakı Şəhər Baş Polis İdarəsi tabeli orqanları ilə birgə jurnalislərin iştirakı ilə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik tədbirlər zamanı Sabunçu Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları həmin rayon ərazisində 6 avtoxuliqanı yaxalayıb.
XəzərNews.az xəbər verir ki, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarını pozan sürücülərdən Rəvan Qasımovun avtonəqliyyat vasitələrini idarə etmək hüququ 1 il məhdudlaşdırılmaqla bir ay müddətinə inzibati həbs olunub. Digərləri Nadir Sultanov, Zaur Cabbarov, Sahib Cabbarov, Samir Əliyev və Əziz Rzayevin sürücülük hüququ 1 il məhdudlaşdırılmaqla 15 gün müddətinə həbs olunub.

Saxlanılan avtoxuliqanlar barədə toplanan materiallar rayon məhkəməsinə göndərilib. Onlar qanunvericiliyin müvafiq maddələri ilə təqsirli bilinərək barələrində sürücülük hüquqları məhdudlaşdırılmaqla həbs olunublar.

Qeyd edək ki, avtoxuliqanlığa görə Yasamal rayonu ərazisində 2, Binəqədi rayonunda 1 avtoxuliqan müəyyən olunub. Onlar barəsində də toplanmış materiallar müvafiq rayon məhkəmələrinə göndərilib.

Xəbər 3915 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +