Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


04.01.2019  15:27 

FHN dəm qazı ilə bağlı əhaliyə müraciət etdi - VİDEO





A+  A-

Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazı təhlükəsi ilə bağlı əhaliyə müraciət edib.
FHN-dən XəzərNews.az-a daxil olan müraciətdə bildirilib ki, qış mövsümü ilə əlaqədar əhalinin təbii qaza olan təlabatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır. Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl edilməlidir:

qaz cihazı saz və standartlara uyğun olmalı;
cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;
havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;
hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;
tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.
Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir!

Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.

Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!

Təhlükə zamanı 112-yə zəng edin!



Xəbər 2598 dəfə oxunub.






BÜTÜN XƏBƏRLƏR +