Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər


03.01.2019  18:12 

Avtovağzaldan 70 mindən çox sərnişin istifadə edib





A+  A-

Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayramqabağı və bayram günlərində – 28 dekabr tarixindən, 2 yanvar da daxil olmaqla, 70 mindən çox sərnişinin şəhərlərarası və beynəlxalq səfəri təmin edilib.
Qurumdan XəzərNews.az-a daxil olan məlumata görə, respublikanın bütün bölgələrinə axın çox olmasına baxmayaraq daha çox Gəncə, Quba, Qusar, Xaçmaz, Astara, Şəki bölgələrinə, beynəlxalq reyslərdə isə Gürcüstana olan reyslər üstünlük təşkil edib. Gün ərzində təxminən 80-ə yaxın əlavə avtobus cəlb olunub.

Onu da qeyd edək ki, ən çox sərnişin sıxlığı 29 dekabr tarixində müşahidə olunub. Həmin gün ərzində 17 minə yaxın sərnişin yola salınıb. 31 dekabrda isə digər günlərə nisbətən sərnişin sıxlığı az olub.

Qiymətlərin daşıyıcı şirkətlər tərəfindən süni şəkildə artırılmasının qarşısını almaq, eləcə də kassaların fəaliyyətinə və bilet satışına nəzarət etmək üçün yaradılan xüsusi qiymət komissiyası heç bir süni qiymət artımı aşkarlamayıb.

Bayram günlərində BBAK-ın məlumat mərkəzinə, eləcə də “Facebook” səhifəsinə gələn suallar mütəmadi cavablandırılıb və gedişlə bağlı heç bir şikayət daxil olmayıb.

Xəbər 2862 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +