Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı
Deputat sakini döyüb? - Naxçıvanda
İlham Əliyev Sultan Əhməd Əl-Cabiri qəbul edib
Ərdoğan Azərbaycana gəldi
İsrail İrana qarşı yeni plan hazırlayır
Pakistanın Baş naziri Xankəndiyə gəldi
Rusiya erməniləri Rəştdə yerləşdirməlidir - Politoloq


06.09.2018  15:11 

“2020-ci ildə yenidən prezident seçiləcəm” - Tramp





A+  A-

Ağ Ev rəhbəri Donald Tramp güclü tənqidlərə məruz tuş gələn siyasi karyerasını davam etdirmək niyyətindədir.
XəzərNews.az ABŞ KİV-nə istinadən xəbər verir ki, o, 2020-ci ildə keçiriləcək prezident seçkilərində qələbəsinə əmin olduğunu qeyd edib.

“Biz (Tramp administrasiyası red.) çox əla iş görürük, reytinqlər zirvəni vurub. Və bilirsiniz nə var? Heç kim 2020-ci ildə mənə qalib gəlməyə heç yaxın da olmayacaq. Bütün bunlar bizim gördüyümüz işlərə görədir. Biz iki il ərzində heç kimin təsəvvür belə edə bilməyəcəyi işlər görmüşük” – Tramp şeriflərlə bəyan edib.

ABŞ prezidenti bu bəyanatı özü və administrasiyası haqda qalmaqallı tənqidlər fonunda verməsi isə onun bu bəyanatını bir az şübhə altına alır.

Xatırladaq ki, ölkənin nüfuzlu mətbuat orqanları son zamanlar Tramp haqda qalmaqallı məqalələr dərc etdirilər.

Burada həmçinin nüfuzlu şəxslərin belə isimləri hallanır. Bu hal artıq ABŞ mətbuatında bir tendensiya halını alıb. Belə ki, hələ tanınmış jurnalist Bob Vudvordun yayımlanan “Qorxu” kitabından öncə mətbuatda Trampın keçmiş əməkdaşları onu tənqid ediblər. Bir çoxu isə xüsusi prokuror Robert Müller ilə əməkdaşlıq belə edib. Bundan sonra dünən nüfuzlu The New York Times nəşrində anonim müəllifinin qruplaşma haqda yazdıqları isə vəziyyətin hansı vəziyyətdə olduğunu göstərir.

Bütün bunlardan əlavə Trampın bu bəyanatı belə onun əvvəlki bəyanatları ilə üst-üstə düşmür.

O hər kəsi hətta özü fəaliyyətə çağırdığı baş prokuroru belə ona qarşı mövqedə ittiham edib.

Qeyd edək ki, 2016-cı ildə səlahiyyətlərinin icrasına başlayan Donald Tramp artıq hakimiyyətinin ikinci ilində ən çox qalmaqal və tənqidlər görən prezidentlər siyahısına başçılıq edir. ABŞ-da prezidentin səlahiyyət müddəti 4 il olduğundan 2020-ci ildə yenidən seçkilər keçiriləcək.

Xəbər 3005 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +