Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


24.07.2018  11:46 

Ağstafada 3.5 ton narkotik yandırıldı





A+  A-

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
XəzərNews.az xəbər verir ki, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Tahir İbrahimovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 31 ədəd çətənə kolu, evindən isə 375,5 qram marixuana və 1 ədəd qələm tapança aşkar edilərək götürülüb.

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ağköynək kənd sakini Elvin Qocayevdən 305 qram marixuana götürülüb.

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları Qırlı kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 3,5 tona yaxın 4800 ədəd çətənə kolu aşkar edərək məhv ediblər.

Xəbər 3159 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +