Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir


08.06.2018  19:17 

Zakir Həsənov NATO toplantısında





A+  A-

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 8-də Brüssel şəhərində NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində keçirilən toplantısında iştirak edib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, görüşdə Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, missiyanın gələcəyi, təhlükəsizlik qüvvələrinin saxlanılması üçün tələb olunan maliyyə öhdəliyinin 2020-ci ildən sonra da davam etdirilməsi və digər məsələlər müzakirə olunub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov iclasda çıxış edərək ölkəmizin Əfqanıstana göstərdiyi dəstək barədə ətraflı məlumat verib. Müdafiə naziri Əfqanıstanda sülhün və sabitliyin bərqərar olunması üçün beynəlxalq ictimaiyyətin səylərinin Azərbaycan tərəfindən bundan sonra da dəstəklənəcəyini bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının 120 nəfərlik sülhməramlı kontingenti Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasında iştirak edir. Eyni zamanda Azərbaycan Respublikası NATO missiyasına multimodal tranzit, təlim və Əfqan Milli Ordusu üzrə Etimad Fonduna maliyyə dəstəyi ilə də töhfə verir.

Xəbər 3426 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +