Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?


07.06.2018  19:17 

5 deputata vəzifə veriləcək





A+  A-

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına yeni rəhbərlər təyin olunacaq.
XəzərNews.az bildirir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, hazırda 5 parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri vəzifəsi boşdur.

Bunlar, Azərbaycan - Almaniya, Azərbaycan - Cibuti, Azərbaycan - Kanada, Azərbaycan – Türkmənistan və Azərbaycan – Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbəri vəzifəsidir.

Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Rövşən Rzayev “Dövlətqaçqınkom”un sədri, Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi, Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin edildiyindən, Astan Şahverdiyev isə vəfat etdiyindən onlar Milli Məclisin komitələrindən, Azərbaycanın beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin tərkibindən və parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri vəzifəsindən çıxarılıblar.

Yaxın vaxtlarda Milli Məclisin iclasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərinin seçilməsi məsələsinə baxılacaq.

Xəbər 2727 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +