Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?


07.06.2018  16:49 

Azərbaycandan böyük irəliləyiş: 21 pillə yüksəldik





A+  A-

FIFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.
XəzərNews.az xəbər verir ki, Hesabat dövründə milli komandaların ifasında yoldaşlıq görüşləri keçirildiyindən, cədvəldə ciddi dəyişikliklər olub. Bu müddətdə Qırğızıstan üzərində qələbə qazanıb (3:0), Qazaxıstana eyni hesabla məğlub olan Azərbaycan yığması ən böyük irəliləyişə nail olub. Komandamız ötən ayla müqayisədə 21 pillə irəliləyib. Hazırda 321 xala malik komanda 105-ci pillədə qərarlaşıb.

İyunun 9-da Azərbaycan yığması ilə yoldaşlıq görüşü keçirəcək Latviya 10 pillə irəliləyib. Bu komandanın 230 xalla 129-cu pillədədi. Yığmamızının Millətlər Liqasındakı rəqibləri də yüksəliş əldə ediblər. 3 pillə irəliləyən Farer adaları millisi 376 xalla 90-cı, 11 pillə irəliləyən Kosovo 197 xalla 141-ci, 1 pillə irəliləyən Malta 65 xalla 184-cü yerdədir

Dünyanın ən güclü 10 komandasının siyahısında cəmi bir dəyişiklik baş verib. Ötən ay 8-ci yerdə qərarlaşan İspaniya ilə 10-ci sıranın sahibi Polşa yerlərini dəyişiblər. Siyahıya 1558 xala malik Almaniya başçılıq edir. 1431 xala malik Braziliya 2-ci, 1298 xalı olan Belçika 3-cüdü. İlk "onluq"da həmçinin Portuqaliya, Argentina, İsveçrə, Fransa, Polşa, Çili və İspaniya da yer alıb.

Qeyd edək ki, 1 pillə geriləyən Türkiyə 706 xalla 38-ci, 4 pillə geriləyən Rusiya 457 xalla 70-ci mövqeyə enib.

Xəbər 2760 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +