Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


01.06.2018  09:05 

Bakı metrosu uşaqlara həvalə olundu





A+  A-

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə “Bakı Metropoliteni” sərnişinlərini maraqlı sürpriz edib. Belə ki, “3 Alma”nın təşəbbüsü və “Bakı Metropoliteni”nin dəstəyi ilə 1-3 iyun tarixlərində metro uşaqlara həvalə olunub.
XəzərNews.az-ın məlumatına görə, qatar metro stansiyaların platformasına yaxınlaşan və platformadan hərəkət edən zaman qatarın getdiyi istiqamət barədə məlumatlandırıcı səs hər iki dildə (Azərbaycan dili və İngilis dili) uşaq səsi ilə səsləndirilir. Təşkil edilən bu maraqlı aksiya sərnişinlərin üzündə təbəssümə səbəb olub və xoş əhval bəxş edib. Həmçinin metronun stansiyalarında, eskalatorda enib-qalxarkən metronun qaydaları və təhlükəsizlik barədə eşidilən elan da uşaqların dili ilə səsləndirilir.

Bundan əlavə metro stansiyaların elektron lövhələrində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan yazılar da nümayiş etdirilir.

Bu aksiya üç gün davam edəcək. “Bakı Metropoliteni” tarixində ilk dəfə gerçəkləşən bu layihədə Avropa Azərbaycan məktəbinin I-III siniflərində təhsil alan 30-dan çox şagirdlə yanaşı, 2 nəfər məktəbəqədər yaşlı uşaq da iştirak edir. İştirakçılar arasında Azərbaycan vətəndaşları və əcnəbilər var.

Xəbər 2858 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +