Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?


25.05.2018  13:11 

Sabahdan Azərbaycanda yeni ov mövsümü açılır





A+  A-

Sabahdan Azərbaycanda 2018-2019-cu il üzrə ov mövsümü açıq elan edilir.
XəzərNews.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ov mövsümü 2019-cu il martın 16-dək davam edəcək: "Ovçular nazirliyin yerli şöbələrinə zəruri sənədlərini tələb etməklə ov üçün icazə ala bilərlər. Ovçuluqla məşğul olmaq üçün ovçuluq bileti alınmalı, daha sonra isə müvafiq bank hesablarına rüsum ödənilməlidir. Yerli ovçular yalnız şənbə-bazar günləri ov edə bilərlər. Ovçular ov etdikdən sonra onların qənimətinə baxış keçirilir".

H.Əlizadə xarici ovçularla da bağlı məlumat verib:

"İlk növbədə nəzərə almaq lazımdır ki, xarici ovçular xarici turistlərdir. Qanunvericiliklə onların ov etməsinə icazə verilir. Ancaq xarici ovçu da Azərbaycanın qanunvericiliyinə əməl etməlidir".

H.Əlizadə deyib ki, xarici ovçular üçün ova görə tələb olunan rüsumların məbləği yerli ovçularla eynidir.

Nazirlik rəsmisi əlavə edib ki, xarici ovçular qaban, çöl quşları ovuna maraq göstərirlər.

ETSN-nin sektor müdiri İradə İbrahimova bildirib ki, ov mövsümünün açıq elan olması istənilən şəxsin ov edə biləcəyi demək deyil.

Onun sözlərinə görə, qanunvericiliyin tələblərini pozanlar cəzalandırılacaq.

Xəbər 3156 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +