Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?


24.05.2018  19:17 

Balakəndə narkotik laboratoriyası aşkarlandı





A+  A-

Balakən Rayon polis şöbəsinə daxil olan məlumat əsasında rayon sakini, əvvəllər məhkum olunmuş Məmməd Şamxalovun fərdi yaşayış evinə baxış keçirilib.
DİN-dən XəzərNews.az-a daxil olan məlumata görə, nəticədə həmin şəxsin evinin 1-ci mərtəbəsində xüsusi örtüklə izolə edilmiş narkotik tərkibli bitkilərin yetişdirilməsi və emalı üçün nəzərdə tutulmuş istilikvermə cihazları, buxarlandırma sistemləri və digər texniki ləvazimatlarla təchiz edilmiş xüsusi laboratoriya aşkar edilib.

Polis əməkdaşları tərəfindən oradan 57 kiloqram 345 qram qurudulmuş marixuana, 2147 ədəd çətənə toxumu, 2 ədəd elektron tərəzi, həmçinin müvafiq sənədləri olmayan 2 tüfəng, 6 ədəd patron, optik-gecəgörmə qurğusu,1 ədəd soyuq silah hesab edilən beşbarmaq tipli bıçaq tapılıb. Əməliyyat tədbirlərinin davamı olaraq evin həyətyanı sahəsinə əlavə baxış keçirilən zaman oradan kultivasiya yolu ilə əkilərək aqrotexniki qaydada qulluq edilən 40 ədəd, laboratoriyadan isə 95 ədəd çətənə bitkisinin kolları müəyyən edilərək götürülüb. Narkotik vasitələr və silahlar müvafiq protokol tərtib olunaraq müsadirə olunub və maddi sübut kimi istintaqa təhvil verilib.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Xəbər 3373 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +